mobil versiya

SON DƏQİQƏ: Türkiyəyə müalicəyə göndərilən Amin vəfat etdi - DƏHŞƏT VİDEO



"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Aminimiz də var idi. Bu gün Amini itirdik".

REPORTYOR.AZ-ın məlumatına görə, bu sözləri "Səni Axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Aminin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.
"Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik".

Xatırladaq ki, X.Hidayətqızı daha əvvəl ki "Səni axtarıram"ın buraxlışlarında Aminin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amin ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.



 



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Baxılıb: 51 Tarix: 13-05-2022, 13:15



Şərh bildir
yenilə, əgər kod görünmürsə