mobil versiya

Son sutkada neçə nəfər koronavirusa yoluxub?



Azərbaycanda son sutkada koronavirus infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

REPORTYOR.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 091 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 78 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 941, bu günə qədər isə ümumilikdə 6 923 348 test icra olunub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-06-2022, 18:01