mobil versiya

Cennifer Lopezlə Ben Afflekin TOYUNDAN GÖRÜNTÜLƏR - FOTO/VİDEO



Hollivud ulduzu Cennifer Lopezlə aktyor nişanlısı Ben Afflekin uzun müddətdir gözlənilən toy mərasimi baş tutub.

Cütlüyün şad günü ailə üzvləri və yaxınlarının iştirakı Benin malikanəsində keçirilib. Cenniferlə Afflekin toyunda onların əvvəlki nikahlarından dünyaya gələn övladları da iştirak ediblər.

Lopez şad günündə gəlinliyini "Ralph Lauren"dən seçib.

Toydan görüntülər sadəcə dronlar vasitəsilə uzaqdan lentə alınıb. Mərasimin sonunda atəşfəşanlıq olub.

SON XƏBƏR / KARUSEL
Tarix: 22-08-2022, 10:00