mobil versiya

Bu ərazilərdə qaz olmayacaq



Bu gün səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq.

Bu barədə REPORTYOR.AZ-a “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.


Həmçinin, saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-10-2019, 09:30