mobil versiya

Azərbaycana qayıtmaq istəməyən mühacir özünü doğradı


Almaniyada sığınacaq istəyi rədd edilən və Azərbayana deportasiya ediləcək daha bir həmvətənimiz özünə xəsarət yetirib.

“Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com – a daxil olan məlumatda deyilir ki, hadisə oktyabrın 14-də Almaniyanın İserlohn şəhərində qeydə alınıb. Azərbaycana qayıtmaq istəməyən 53 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirib.

Sığınacaq üçün müraciət ərizəsinə imtina cavabı verildiyinə görə, deportasiyası planlaşdırılan 53 yaşlı azərbaycanlının yaşadığı mənzilə deportasiyanı icra edən məmurlar gəliblər. Lakin o, qapını açmayıb və içəri daxil olduqları təqdirdə, özünü bıçaqla öldürəcəyini bildirib.

Merkişer rayon polisinin verdiyi məlumata əsasən, bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis çağrılıb və onlar mənzilə daxil olmağa müvəffəq olublar. Lakin polislər onun əlindən bıçağı alanadək o, artıq özünə bir neçə dəfə xəsarət yetirib. Bundan sonra azərbaycanlı xəstəxanaya çatdırılıb.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Baxılıb: 9 Tarix: 18-10-2019, 12:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə