mobil versiya

İrandan Azərbaycana narkotik vasitələr keçirmək istəyənlər ələ keçdi - FOTO



Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilib.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 21-10-2019, 13:00