mobil versiya

Bu yollarda sürət həddi endirildi




Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

 Bu barədə REPORTYOR.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.

SON XƏBƏR / KARUSEL
Tarix: 2-03-2020, 10:00