mobil versiya

Almaniyada müsəlmanlara qarşı hücumların sayı açıqlandı




Ötən il Almaniyada müsəlmanlara qarşı 871 hücum faktı qeydə alınıb.

Xeber.de-nin məlumatına görə, Almaniya hökumətinin Sol Partiyanın sorğusuna verdiyi cavab görə, 2019-cu ildə müsəlmanlara və onların müəssisə və təşkilatlarına edilən hücumlar əvvəlki illə müqayisədə azalıb. Bu hücumlarda 2 nəfərin ölüb, 33 nəfər yaralanıb.

Sol Partiyadan olan millət vəkili Ulla Jelpke də müsəlmanlara qarşı nifrətin təhdid, hücum və təhqirlərin əvvəlki illə müqayisədə azaldığını vurğulayıb: “Keçən il Halle və bir ay öncə Hanaudakı irqçi terror hücumlarından sonra polis ifrat sağçı terror yuvalarına qarşı mübarizəni artırdı”.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, 2018-ci ildə ölkədə müsəlmanlara qarşı 910 hücum faktı qeydə alınıb. 

SON XƏBƏR / DÜNYA
Tarix: 29-03-2020, 15:53