mobil versiya

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB




Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır. 

O, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.


*** 13:37

Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Pasiyentin Marneulidən olduğu bildirilir. 

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 4-04-2020, 14:03