mobil versiya

Zaur karantin qaydalarını pozdu, ad günü məclisi qurdu - VİDEO




ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev evində ad günü məclisi keçirib.

REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, teleaparıcı ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarını pozaraq evində həm özünün, həm də anası Dilavər xanımın ad gününü qeyd edib.

Həmin anları telefonunun yaddaşına köçürən Zaur doğum günü “party”sindən görüntüləri sosial media hesabında paylaşıb.

Efirdən insanlara səslənərək karantin rejimi qaydalarına əməl olunmasını xahiş edən Z.Baxşəliyev özü bu tələbləri pozub. Paylaşılan videoda 10-dan çox insanın ad günü məclisində iştirak etməsi nəzərdən qaçmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tətbiq edilən qaydalara əsasən, 10 nəfərdən artıq bir yerdə toplaşmaq qadağandır.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Baxılıb: 95 Tarix: 16-05-2020, 16:45


Şərh bildir
yenilə, əgər kod görünmürsə