mobil versiya

Bakıda bəzi avtobusların hərəkət istiqamətləri dəyişdirildi



91, 92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91, 92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəs.: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəs.: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı)

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-05-2020, 15:20