Rusiyadan daha 152 nəfər Azərbaycana təxliyə edildi - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
AZAL-dan verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 17-06-2020, 20:11