mobil versiya

Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb



“Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi Yerevan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”.

REPORTYOR.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bu addımları Azərbaycan ilə birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”, - o vurğulayıb.


SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 18-01-2021, 18:18