mobil versiya

İşdəki Çətin İnsanlar: Kölgədə Günəş!


Bir iş yeri haqqında düşünəndə hər şeyin yaxşı getdiyi, komanda işinin hökm sürdüyü və işçilərin bir-birini dəstəklədiyi bir mühit təsəvvür edirsən, elə deyilmi? Amma real həyatda işdəki çətin insanlar bəzən bu ideal mənzərəyə kölgə sala bilirlər. İş yerinə boz buludlar gətirən, motivasiyanı aşağı salan və insanları çətin döyüş meydanına sürükləyən də onlardır.
İşdəki çətin insanlar günəşin arxasında gizlənən buludlara bənzəyirlər. Hər səhər günəşin doğmasını gözləyərkən bir də görürsən ki, səma qaralır və bu buludlar enerjinizi udaraq iş həyatının çətinliklərini artırır. Kobud və aqressiv davranışlar sərgiləyənlər, davamlı şikayət edənlər, əməkdaşlıq etməyənlər... Bu çətin insanlar iş mühitinə neqativ təsir edir, digər işçilərin mənəviyyatına, motivasiyasına mənfi təsir göstərirlər.
Motivasiya iş yerindəki ən vacib amillərdən biridir. İşin uğurla başa çatdırılması yenilik, məhsuldarlıq və motivasiya ilə birbaşa bağlıdır. Ancaq çətin insanlar işçilərin motivasiyasını kölgələyir və onları tükənmə nöqtəsinə gətirir. Daim tənqid olunan, alçaldılan və ya manipulyasiya edilən işçi daxilən ruhdan düşür və işinə marağı azalır. Çətin insanların təsiri altında motivasiya azaldıqca, işçilər iş yerində özlərini katorqaya məhkum edilmiş kimi kimi hiss etməyə başlayırlar.
Bəs onlar bütün bunları şüurlu şəkildəmi edirlər? İş yerindəki çətin insanların niyə özlərini belə aparması mürəkkəb məsələdir. Bəziləri güc və nəzarət axtarışı arzusu ilə hərəkət edərkən, bəzilərinin davranışları şəxsi problemlərinin əks olunmasıdır. Ola bilsin ki, uşaqlıq travmaları və ya keçmiş mənfi təcrübələr onları bu cür hərəkət etməyə vadar edir. Ancaq bəziləri şüurlu şəkildə bu davranışları seçir və güclərini başqalarına təsir etmək üçün istifadə edirlər.
Bu insanlar, yetərincə savadı və biliyi olmadığı halda, yetərsiz bilik və təcrübələrinə rəğmən, özlərini hamıdan yaxşı hesab edirlər. Səhvlərini yetkinliklə qəbul edə bilmir, davamlı nəyisə izah edir və özünü təmizləmək istəyir, yavaş düşünür və hərəkət edir. Çətin insanların məziyyətləri təkcə bunlarla yekunlaşmır; mütəmadi olaraq işləri qarışdırmaq, səhv başa düşməkdə israr etmək, başqasının dediklərinə fikir verməmək, yavaş hərəkət etmək və bir tapşırığı dəfələrlə təkrarlatmaq, yalnız özünün etdiyinin vacib olduğunu düşünmək, davamlı olaraq hadisələrə və ətrafdakılara nəzarət qurmağa çalışmaq, empati qura bilməmək, həmişə 'mən haqlıyam' düşüncəsində olmaq da onların ortaq xüsusiyyətlərindəndir.  
İş yerində çətin insanlarla uğraşmaq işçilər üçün böyük bir problemdir. Bu çətin insanlar iş mühitində stress və gərginlik yarada, işin səmərəliliyini aşağı sala və işçilərin motivasiyasına mənfi təsir göstərə bilirlər. Bu məqaləmizdə də iş yerində çətin insanların bəzi davranışları və onlarala mübarizə strategiyaları haqqında məlumat verməyə çalışacağam. Ümid edirəm ki, toxunduğum məqamlar və mübarizə üsulları işinizə yarayacaq, bu yöndə müəyyən təsəvvürlərin formalaşmasına yardımçı olacaqdır.
 İşdəki çətin insanlara xas olan ortaq davranışlar
3. Savaşmayı Gerektiren Durumlarda Savaşmak
 Kobudluq və ya təhqiredici davranış: Çətin insanların əsas xüsusiyyətlərindən biri digər işçilərə qarşı aqressiv, kobud və ya təhqiredici münasibətdir. Hansı ki, bu cür davranışlar iş mühitində gərginlik və stress yaradır, ortalıq bir xaos meydanına dönüşür. Həmçinin çətin insanların mənfi enerjiləri və məcburedici davranışları digər işçilərin motivasiyasına mənfi təsir edir, onların işə həvəsinin və performansının azalmasına səbəb olur.
Manipulyasiya: Çətin insanlar başqalarını manipulyasiya etməyə çalışaraq öz istəklərinə və ya məqsədlərinə çatmağa çalışırlar. Yalan danışmaq, başqalarını günahlandırmaq və ya emosional manipulyasiya kimi üsullardan istifadə edərək qarşılarına qoyduqları məqsədə çatmağı hədəfləyirlər.
Davamlı şikayət etmək: Çətin insanlar davamlı şikayət edərək və ya neqativləri vurğulayaraq iş mühitində mənfi atmosfer yarada bilirlər. Bu, digər işçilərin motivasiyasına mənfi təsir göstərir.
Əməkdaşlığın olmaması: Çətin insanlar əməkdaşlıq etməkdən imtina edir və ya digər işçilərin səylərini sabotaj edirlər. Bu da, layihələrin və işlərin irəliləməsinə mane olur, komanda işinə mənfi təsir göstərir.
Ünsiyyət problemləri: Çətin insanlar ümumiyyətlə, ünsiyyət problemi yaşayırlar. Odur ki, rabitə pozğunluqları və fikir ayrılıqları iş yerindəki əməkdaşlığı və məhsuldarlığı azaldır.
Stress və gərginlik: Çətin insanlarla işləmək digər işçilərin stress səviyyələrini artırır və iş mühitində gərginlik yaradır. Buda öz növbəsində, qeyri-sağlam iş mühitinin formalaşması ilə nəticələnir.
Gizli hücum: Çətin insanların əsas xüsusiyyətlərindən biri də gizlicə hücum etməkdir. Bunun üçün özlərinə müttfiqlər axtarar, narsist davranışlar sərgiləyərək ali rəhbərin gözünə girməklə, sizi bir qurban halına gətirərlər. Bu da nəticə etibarilə gözdən düşmənizə və daha da pisi işdən ayrılmanıza səbəb olur.
 İş yerindəki çətin insanlarla mübarizə strategiyaları
 Harika Yasam: Zor Ve Sinirli İnsanlarla Basetme Yontemleri
Çətin insanların davranışının dəqiq səbəbləri hər bir fərdin vəziyyətindən və şəxsi təcrübəsindən asılı olaraq fərqlilik göstərir. Buna görə də, empatiya və anlayış bu cür davranışı başa düşmək və öhdəsindən gəlmək üçün vacibdir. İşdə çətin insanlarla başa çıxa bilmək üçün səbir, ünsiyyət bacarıqları, sərhədlərin müəyyən edilməsi və peşəkar dəstək kimi strategiyalardan istifadə etmək vacibdir.
Empatiya: Çətin insanların davranışlarının arxasında çox vaxt müxtəlif səbəblər olur. Qarşı tərəfi başa düşməyə və empatiya quraraq onları emosional olaraq anlamağa çalışmaq vacibdir. Onların hansı çətinliklərlə üz-üzə olduğunu və ya niyə belə davrandıqlarını anlamağa çalışmaq sizə daha konstruktiv ünsiyyət qurmağa kömək edə bilər.
Sakit və soyuqqanlı olun: Çətin insanlarla ünsiyyət qurarkən sakit və soyuqqanlı qalmaq vacibdir. Emosional reaksiya vermək və ya mübahisələrə girmək əvəzinə, sakit olun və peşəkar rəftarınızı qoruyun. Daha ölçülü və rasional hərəkət etməklə, problemlərin həlli üçün daha səmərəli zəmin yarada bilərsiniz.
Ünsiyyət Bacarıqlarınızı Təkmilləşdirin: Effektiv ünsiyyət çətin insanlarla rəftar etməyin vacib elementi kimi önə çıxır. Özünüzü aydın şəkildə ifadə edin, aktiv dinləməyə diqqət edin və qarşıdakı insanı başa düşdüyünüzü göstərin. Problemləri həll etmək və anlaşılmazlıqlardan qaçmaq üçün açıq və birbaşa ünsiyyət qurun.
Sərhədləri təyin edin: Çətin insanlarla münasibət qurarkən sərhədlərinizi təyin etmək vacibdir. Özünüzü qorumaq və sağlam iş mühiti yaratmaq üçün şəxsi sərhədlərinizi aydınlaşdırın. Zəruri hallarda "yox" deməkdən çəkinməyin və sizə zərər verən davranışlara yol verməməyi unutmayın.
Dəstək və Əməkdaşlıq Axtarın: Çətin insanlarla münasibətdə tək qalmamaq vacibdir. Dəstək üçün iş yoldaşlarınız və ya rəhbərlərinizlə danışın. Onlarla bölüşə biləcəyiniz təcrübə və fikirlər sizə bu mövzuda yeni perspektivlər göstərə bilər. Əməkdaşlıq da təsirli ola bilər. Çətin insanlarla birgə layihələrdə işləmək və ya birgə həllər tapmaq əməkdaşlığı və müsbət münasibətləri gücləndirməyə kömək edə bilər.
Peşəkar Yardım alın: Bəzi hallarda çətin insanlarla münasibətdə daha çox dəstəyə ehtiyacınız ola bilər. Bu halda siz insan resursları departamentinə və ya üst rəhbərlərə müraciət edə bilərsiniz. Peşəkar yardım axtarmaq problemi daha effektiv həll etmənizə və mütəxəssislərin dəstəyi ilə problemi yoluna qoymanıza kömək edə bilər.
Özünüzü qoruyun: Çətin insanlarla məşğul olmaq bəzən sərhədlərinizi zorlaya və enerjinizi boşalda bilər. Buna görə də özünüzü qorumaq vacibdir. Stresslə mübarizə aparmaq üçün sağlam yollardan istifadə edin, vaxtaşırı istirahət və enerjinizi bərpa etmək üçün imkanlar axtarın. Şəxsi rifahınızın qayğısına qalmaq işdəki çətinliklərin öhdəsindən gəlmək üçün vacibdir.
Nəticə: İş yerində çətin insanlarla məşğul olmaq çətin proses ola bilər. Bununla belə, empatiya, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, sərhədləri müəyyən etmək, dəstək axtarmaq və peşəkar yardım almaq kimi strategiyalardan istifadə etməklə bu çətinliklərin öhdəsindən gələ bilərsiniz. Unutmayın ki, müsbət iş mühiti və effektiv iş münasibətləri üçün hər kəsin töhfəsi vacibdir.

Sərkərdə Sərxanoğlu


KARUSEL / YAZARLAR
Tarix: 19-05-2023, 11:29