Yaxın günlərdə başqa qadağalar ola bilər - AÇIQLAMA
Məktəblərin bağlanması infeksiyanın yayılmasının qarşısının alınması yollarından biridir. Əsas məqsəd odur ki, insanlar bir-biri ilə az təmasda olsunlar.
REPORTYOR.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, koronavirusun yeni ştammına artıq uşaqlar da yoluxur: “Uşaqlar daşıyıcı olmaqla evdəki insanları da yoluxdura bilirlər.
Uşaqlar məktəblərdə uzun müddət bir-biriləri ilə təmasda olurlar və çox zaman da qaydalara əməl etməkdə onlara nəzarət etmək çətin olur.
Bu mənada, məktəblərin distant tədrisə keçidi virusun yayılmasının qarşısını almaq üçün atılan addımlardan biridir.
Təbii ki, Operativ Qərargah hər şeyin monitorinqini aparır və yaxın günlərdə virusa yoluxmalarda artım davam etsə, başqa məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurəti də ortaya çıxacaq.
Bir daha vətəndaşlarımızı tam məsuliyyətli olmağa, karatin qaydalarına ciddi əməl etməyə çağırıram. Eyni zamanda, vaksinasiyanın aktivləşdirilməsinə ehtiyac var və insanlar da bu prosesdə aktivlik göstərməlidir”.
BAKU.WS
SON XƏBƏR / KARUSEL
Tarix: 1-04-2021, 17:39