Səfir: "Bu bayram Əlcəzair və Azərbaycan arasında sıx əlaqələri qeyd etmək və təsdiqləmək üçün bir fürsətdir"
Əlcəzair Xalq Demokratik Respublikasının 1 noyabr İnqilabının 70-ci ildönümünü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, səfir xanım Zəkiyyə İğıl çıxışında Əlcəzairin tarixində mühüm mərhələni özündə ehtiva edən şanlı 1 Noyabr İnqilabının 70-ci ildönümünü qeyd edildiyini vurğulayaraq, bildirdi ki, zalım müstəmləkəçiyə qarşı yeddi il yarım davam edən böyük mübarizə və milyonlarla şəhid ilə sonsuz fədakarlıqlar sayəsində inqilabımız zəfər çalmış, Əlcəzair öz suverenliyini və müstəqilliyini bərpa edə bilib.
1 Noyabr İnqilabı onilliklər boyu bütün dünyada müstəmləkəçilik boyunduruğu altında olan məzlum xalqlar üçün bir mayak və nümunə olub: "1954-cü ilin 1 noyabr günü Əlcəzairin tarixində yeni bir səhifə kimi bizə müstəqilliyin və azadlığın böyük dəyərlərini xatırladır. Əlcəzairlilər bu gün öz taleyinin və ölkəsinin əsl sahibi olmaqdan qürur duyurlar. Onlar xarici işğala qarşı davamlı mübarizə və azadlıq mübarizəsi naminə birləşərək milli quruculuq və beynəlxalq inteqrasiya uğrunda fəal şəkildə çalışırlar. Əlcəzair xalqı öz şanlı tarixi ilə fəxr etməklə yanaşı, daha parlaq və firavan gələcəyə ümid edir. İqtisadi inkişaf və sosial tərəqqi yoluna qədəm qoyarkən, biz ölkə Prezidenti Əbdülməcid Tebbunun müdrik rəhbərliyi altında gələcək hərtərəfli islahatlara qətiyyətlə sadiqik. Biz münaqişələri həll etmək və xalqlar arasında anlaşmanı gücləndirmək üçün dialoq və diplomatiyanın gücünə inanırıq. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş ümumbəşəri dəyərlərə sadiqliyimiz, regional və beynəlxalq səviyyələrdə fəal rolumuz qlobal sülh və təhlükəsizliyə müsbət töhfə vermək istəyimizin nümunəsidir".
Diplomat xanım dedi ki, bu bayram həm də Əlcəzair və Azərbaycan arasında sıx əlaqələri qeyd etmək və təsdiqləmək üçün bir fürsətdir. Münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əvvəlkindən daha da yaxşı olmaqla yanaşı ölkələrimiz arasında siyasi etimadın yüksək səviyyəsini əks etdirir.
Bu ilin əvvəlində ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğunu xatırladan səfir əlavə edib ki, bu 30 il getdikcə daha dinamik və gələcəyə hesablanmış münasibətlərin təməlini qoyur: "Mən qətiyyətlə inanıram ki, bu müsbət impuls nəzərə alınarsa, əməkdaşlığımızın daha parlaq gələcəyi üçün olduqca böyük potensiallar mövcuddur. Hər iki ölkə müxtəlif sahələrdə, xüsusən də enerji, ticarət, kənd təsərrüfatı və turizm sektorlarında əlaqələrin daha da genişləndirilməsi üzrə öhdəliklərə sadiqdir".
Avropa və Asiyanın kəsişməsində yerləşən bir ölkə kimi Azərbaycan, xüsusilə də qarşıdan gələn “COP 29”a ev sahibliyi etməklə qlobal müstəvidə əhəmiyyətli addım atır. Bu mötəbər konfrans Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini vurğulamaqla bərabər, həm də onun ekoloji dayanıqlılığa dair beynəlxalq əməkdaşlığın və dialoqun təşviqində əsas oyunçu kimi mövqeyini ortaya qoyur.
Azərbaycan hökuməti adından Əlcəzair xalqını təbrik edən Milli Məclisin sədr müavini Rafael Hüseynov Əlcəzairin 1991-ci iliun dekabrında Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu xatırladıb: "Bu il isə dövlətlərimiz arasında diplomatik münasibətlıərin qurulmasının yubley ilidir. Qarşlıqlı etimad və hörmətə əsaslanan bu münasibətlər 30 il əvvəl başlanıb və uğurla davam edir. Biz Əlcəzairi Azərbaycana beynəlxalq təşkilatlar çərçivəsindəki münasibətlərinin bütün mərhələrini yaxşı xatırlayırıq. 2020-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə görüşünə ev sahibliyi edən Əlcəzair prezidentinin dəvəti ilə Azərbaycan prezidenti fəxri qonaq qisimində həmin tədbirdə iştirak edib və dövlət başçısı Abdelmacid Tebbun görüşüb. Bu görüşdən sonra ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməyə başlayıb.
Energetika nazirlərinin qarşlılqı səfərləri, bu səfərlər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın əhəmiyyətli mərhələrinin başlnağıcı olub. Ümid edirik ki bu əməkdaşlıq gələcəkdə də şaxələnərək inkişaf edəcək".
Rafael Hüseynov onu da vurğulayıb ki, bizimn bu iki dost ölkə arasında yaxınlığın, doğmalığın böyük keçmişi var: "Uşaqlıq illərindən bir poemanın misraları yadımda qalıb. O poema bir əlcəzairli qıza həsr olunub. O poema "Cəmilə" adlanırdı. Poema bela başlayırdı: "Aralıq dənizinin sahillərində gözəl Əlcəzair durub pərişan"... Bu əsərin qəhrəmanı Cəmilə idi".
Parlament sədrinin müavini dedi ki, əgər statistikaya nəzər salınsa, 1950-ci iləin sonları - 1960-cı illərin əvvəllərində Azərbaycanda doğulan qızlara bir çox ailələr Cəmilə adını verirdi. Səbəb o Əlcəzairli qız Cəmilə idi. O, Cəmiləyə Azərbaycanda 30-dan yuxarı şeir həsr edildiyini diqqətə çatıdırıb. Əlavə edib ki, bu nadir bir hadisədir ki başqa bir xalqın övladına başqa bir xalq özünün qəhrəman övladı kimi qəbul edir, sevirdi.
Tədbir daha sona bədii hissəylə davam etdi, Əlcəzair musiqilərinə yer verildi.
KARUSEL / SİYASƏT
Tarix: 5-11-2024, 13:32