NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə o, “X” platformasındakı paylaşımda bildirib.
“Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”, - paylaşımda qeyd edilib.(apa)
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:00