"Qurbanların ailələrinin və bu faciədən zərər çəkənlərin hamısının kədərinə şərikik" - Pakistan səfiri
"Azərbaycanda AZAL-ın faciəvi qəzası ilə bağlı matəm günü qeyd edildiyi bir vaxtda Pakistan qardaş Azərbaycanla həmrəydir".
Reportyor.az xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin "X"də yazıb.
"Qurbanların ailələrinin və bu faciədən zərər çəkənlərin hamısının kədərinə şərikik. Dualarımız və düşüncələrimiz bu çətin zamanda yanınızdadır".
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 10:37