Hüquqşünas alim “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalı ilə təltif olunub
Hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev Beynəlxalq “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, alimə mükafat istedadlı gənc mütəxəssislərin hazırlanması, onlara vətənpərvərlik hisslərinin aşılanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, beynəlxalq cinayətlər sahəsində apardığı elmi araşdırmalara, dərs vəsaitlərinə və ölkədə hüquq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə verilib.
Əlövsət Allahverdiyev insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və soyqırımı cinayətlərinin araşdırılması və təhlil olunmasında əhəmiyyətli işlər görüb. Hazırda o, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş beynəlxalq cinayətlərlə bağlı dərslik üzərində çalışır.
Gənc alimi təbrik edirik, ona uğurlar arzulayırıq!
SON XƏBƏR / KARUSEL
Tarix: 10-02-2021, 18:39