Respublika üzrə pensiyaların ödənişi sabah tam yekunlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə iyul ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 12:16



























