İsrail qoşunlarının geri çəkilməsindən sonra Livan ordusu cənub şəhərinə yerləşdirilib

Livan ordusu qoşunları çərşənbə axşamı İsrail qüvvələrinin ərazidən çəkilməsindən sonra cənub Livandakı Zavtar əl-Qərbiyyə şəhərinə yerləşdirilməyə başlayıb.
Xarici media xəbər verir ki, bu barədə Livanın yüksək vəzifəli təhlükəsizlik rəsmisi bildirib.
Bu, ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış plana uyğun olaraq baş verib.
Plana əsasən, Livan ordusu qoşunları Livanın cənubundakı bəzi yerlərdə Hizbullahın silahlarını müsadirə edir və İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur. İsrail ordusu bazar ertəsi günü pilot zona proqramı adlandırılan planın başladığını bildirib. Çərşənbə axşamı günü heç bir şərh verilməyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:47



























