mobil versiya

Arvadına şər atan ər: “Azyaşlı qızım dedi ki, anamın yanına...” -VİDEO



Ötən gün Amil Xəlilin “Gəl dərdini danış” sosial-kriminal layihəsində daha bir faktın üstü açılıb.

REPORTYOR.AZ “unikal.org”a istinadən xəbər verir ki, verilişə müraciət edən iki uşaq anası Arəstə kəndinin içində biabır olduğunu bildirib.
Onun sözlərinə görə əri Ceyhun kəndə gələrək keçmiş arvadından ayrıldıqdan sonra onun pozğunluq etdiyini bildirib. Bu xəbər süətlə kəndə yayılıb.
Hətta qardaşı belə Arəstəni evdən qovub. Bir ailəni məhv edən bu xəbərin izinə düşən teleaparıcı Amil Xəlil Məlikçobanlı kəndində olub.
Göz yaşları tökən xanım heç bir səhv etmədiyini bildirib.

Ötən gün isə adı çəkilən Ceyhun birbaşa efirə gələrək sualları cavablandırıb. Onun açıqlamaları isə izləyənlərl özündən çıxardıb.
“Mən görməmişəm. Azyaşlı qızım mənə dedi ki, anamın yanına xalası oğlanları gəlmişdi...” Bu fikirlər aranı birazda qarışdırıb.
Amil Xəlilin “Sənin yanında olanda hər hasısa bir səhvini görmüşdün?” sualına Ceyhun “Yox” cavabı verib. Hətta ardınca o, keçmiş xanımının heç vaxt xəyanət etməyəcəyinə inandığını da vurğulayıb.



Qeyd edək ki, “Gəl dərdini danış” həftə içi hər gün saat 12:50 də Space Tv-də yayımlanır. Bu gün isə 4 dəfə arvadı xəyanət etsədə onu bağışlayan Pərvin yenidən studiyada olacaq. 3 uşaq anası niyə evdən qaçıb? bütün suallara bu gün aydınlıq gətiriləcək.

BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 27-11-2019, 12:50