mobil versiya

Bakıda ağır yol qəzası baş verib, ölənlər var



Baş verən yol qəzası Yahya Hüseynov küçəsi 87 ünvanında qeydə alınıb.

Bu barədə Binəqədi rayon Polis idarəsi 6-cı polis bölməsindən REPORTYOR.AZ-a məlumat verilib.

Bildirilir ki, "Başkənd" şirniyyat evinin yaxınlığında qeydə alınan hadisədə iki minik maşını toqquşub.
Nəticədə 2 nəfər ölüb. Onlardan biri qadın, digəri kişidir.

Yol qəzasında bir nəfərin də yaralandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***08:56

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Reportyor.az "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İlkin məlumata görə, Biləcəri qəsəbəsində baş verən yol qəzasında bir qadın və bir kişi dünyasını dəyişib.

HADİSƏ / ÖLKƏ
Tarix: 21-11-2019, 11:20