mobil versiya

Şamaxıda dəhşətli yol qəzası - 2 ölü, 3 yaralı



Şamaxı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 26-10-2019, 10:16