mobil versiya

Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb



İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" markalı sərnişin mikroavtobusunun yoldan çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 13-10-2019, 12:05