mobil versiya

Messi, yoxsa Ronaldu mübahisəsinə hokkeyçilər də qoşuldular - FOTO



Hokkeyçilərin digər idman növlərində ən sevimli oyunçusu Lionel Messidir.
Bu barədə Kontinental Hokkey Liqasının (KHL) 2021/22-ci il mövsümündə oyunçular arasında keçirilən sorğunun nəticələrindən aydın olub.
Belə ki, digər idman növlərində ən sevimli idmançı barədə sualı cavablandırarkən 12,7% faiz hokkeyçi Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messinin adını çəkib.

Reytinqdə ikinci yerdə 12,2% səslə “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gəlir.

KHL-də hokkeyçilərin fikrincə, ilk üçlüyü bu yaxınlarda karyerasını bitirdiyini elan edən isveçrəli tennisçi Rocer Federer bağlayıb (6,7%).

Siyahıda dördüncü yerdə 2.9% səslə ispaniyalı tennisçi Rafael Nadal qərarlaşıb.

Mənbə: Çempionat(oxu.az)

İDMAN
Tarix: 23-09-2022, 16:00