mobil versiya

Merkel və müdafiə nazirinin qalmaqallı ABŞ səfəri – FOTO



Almaniyanın baş naziri Angela Merkel və müdafiə naziri Annegret Kramp-Karrenbauerin (AKK-qısaca adı) Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri aalman mətbuatının gündəmindən düşmür. AzEuroNews.com  xəbər verir ki, Almaniyada gündəlik nəşr edilən “Bild” qəzeti hökumət üzvlərinin ABŞ-a səfərləri zamanı iki ayrı təyyarədən istifadə etmələrini sərt şəkildə tənqid edib. 

Belə ki, Angela Merkel Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının İqlim Zirvəsinə qatılmaq üçün “Airbus A340” xidməti təyyarəsi ilə, müdafiə naziri Annegret Kramp-Karrenbauer (AKK-qısaca adı) isə, “Airbus A310” təyyarəsi ilə Vaşqintona ilk səfərini edib. Sonuncu Vaşinqtonda həmkarı Mark Esperlə görüşüb.

Alman qəzeti Merkel ilə AKK-nın niyə bir yerdə ABŞ-a səfər etmədiyini sorğulayaraq qeyd edib ki, hər iki hökumət üzvünün təyyarəsi demək olar ki, boş olub. Qəzet bu kimi uçuşların dövlət büdcəsinə ziyan verdiyini vurğulayaraq qeyd edib ki, müdafiə naziri AKK-nin 200 nəfər sərnişin tutumu olan təyyarəsində özü, 7 əməkdaşı, iki danışmanı, bir tərcüməçisi və 3 jurnalist olub. Berlin- Nyu-York reysi ilə uçan bu təyyarənin Almaniya hökumətinə təxminən 150 min avroya başa gəldiyini vurğulayan qəzet uçuş zamanı təyyarənin havaya 165 ton karbon qazı buraxdığını qeyd edib. 


Merkelin səfəri barədə yazan qəzet qeyd edib ki, onun xidməti “Airbus A340” təyyarəsi təxminə 130 sərnişin tutumuna malikdir. Həmin təyyarənin ekonom bölməsində 20-dən çox, VİP bölməsində isə, bir neçə sərnişin yeri boş olub. Dolayısı ilə AKK-nin Merkellə birgə ABŞ-a bir təyyarədə səfər etməsi üçün bütün imkanların olduğunu vurğulayan qəzet iki hökumət üzvü arasındakı soyuq münasibəti qabardıb.

KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 27-09-2019, 04:08