mobil versiya

Azərbaycan radiosunun ilk diktorlarından biri koronavirusa yoluxub




Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bu barədə aparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Z.Hacıyevanın vəziyyəti ağırdır:

“Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir, yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir”.

P.Əsgərli qeyd edib ki, hazırda diktorun 97 yaşı var.
KARUSEL / ÖLKƏ
Tarix: 26-08-2021, 13:43