mobil versiya

Rəisini üzüyündən tanıyıblar




Mayın 19-da müəmmalı helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cəsədinin tapıldığı anlara dair yeni görüntülər ortaya çıxıb.
"Telegram" kanallarında yayılan həmin videoda Rəisinin cəsədi tam olaraq görüntülənməsə də, ona aid olduğu deyilən üzük nümayiş etdirilir.
İddialara görə, bədəni tamamilə yandığı üçün tanınmaz hala düşən Rəisinin cəsədini məhz bu üzük vasitəsilə müəyyənləşdirmək mümkün olub.
Üzərində Allah kəliməsi yazılan üzüyün İran Prezidentinə Ali rəhbər Əli Xamenei tərəfindən hədiyyə olunduğu bildirilir.
Xatırladaq ki, İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da qəzaya uğrayıb, nəticədə göyərtədəki bütün sərnişinlər həlak olub.("AzPolitika.info")


KARUSEL / DÜNYA
Tarix: 21-05-2024, 13:46