İranda prezident seçkiləri 28 iyunda keçiriləcək
İranda prezident seçkilərinin 28 iyunda keçirilməsinə qərar verilib.
Bununla əlaqədar ötən gün İranın 1-ci vitse-prezidenti, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın iştirakı ilə iclas təşkil olunub.
İclasda İran konstitusiyasının 131-ci maddəsinə əsasən 50 gün ərzində prezident seçkilərinin keçirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Qərara alınıb ki, 30 may -3 iyun aralığında namizədlərin qeydiyyatı prosesi həyata keçiriləcək.
Təbliğat-təşviqat kampaniyasının 12 iyundan -27 iyunadək keçirilməsi qərara alınıb.
Əlavə edək ki, İran konstitusiyasının 131-ci maddəsinə əsasən, İran prezidenti öldükdə, vəzifəsindən uzaqlaşdırıldıqda, istefa verdikdə, 2 aydan çox xəstələndikdə İranın Ali Liderinin razılığı əsasında 1-ci vitse-prezident prezidentin vəzifələrini müvəqqəti icra edir. Maksimum 50 gün ərzində yeni prezident seçilməlidir.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
KARUSEL / DÜNYA
Tarix: 21-05-2024, 11:02