mobil versiya

Rusiyada niqab qadağan olunacaq



Rusiyada müsəlman qadınların niqab taxmasına qadağa qoyulacağı gözlənilir. Artıq bununla bağlı səlahiyyətli şəxslər tərəfindənb siqnallar verilir.
Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev Rusiyada niqab taxmağa qadağa tətbiq edilməli olduğunu deyib. O, bu məsələni ənənəvi İslam nümayəndələri və regional hakimiyyət nümayəndələri ilə müzakirə etməyi planlaşdırır: “Rusiyada qadınların üzünü tamamilə örtən niqablara icazə verilir. Yalnız gözlər açıq qalır. Baxmayaraq ki, indi hətta Mərkəzi Asiyanın bəzi ölkələrində niqab qadağandır”.
Bu məsələnin xüsusilə də Moskvadakı “Krokus Siti Holl”da baş verən terror hadisəsindən sonra qabardılması təsadüfi deyil. Həmin hadisədən sonra müsəlmanlara və xüsusilə də Orta Asiyadan olan miqrantlara olan mənfi münasibət daha da kəskinləşib. Xatırladaq ki, niqab üzü örtən, gözlər üçün dar yarığı olan qadın baş geyimidir. Niqab əslində, İslamdan əvvəlki dövrlərə aiddir, lakin indi demək olar ki, yalnız müsəlman qadınlar tərəfindən geyinilir.(“AzPolitika.info”)



KARUSEL / DÜNYA
Tarix: 21-05-2024, 15:07