mobil versiya

Qırğızıstan niqabı, uzun saqqalı qadağan etmək istəyir





Əsasən müsəlmanların yaşadığı Qırğızıstanda qadınların geyimi, kişilərin saqqal uzatması müzakirə olunur.
Respublikanın parlamenti qadınların bütün bədənlərini örtən niqab geyinməsini, kişilərin isə saqqal uzatmasını qadağan edəcək qanun layihəsini açıqlayıb. Layihənin məqsədi kimi "ictimai təhlükəsizlik" göstərilir.
Müzakirəyə çıxarılmış layihədə deyilir ki, adamların üzlərinin görünməsi, şəxsiyyətlərin müəyyənləşdirilməsindən ötrü tədbirlər görülməlidir.
Qanunu pozanlar üçün 22 dollar cərimə, yaxud 30 saatlıq ictimai iş nəzərdə tutulur. Təkrar pozuntu 44 dollar cərimə, 40 saatlıq ictimai xidmət cəzası ilə nəticələnə bilər.

KARUSEL / DÜNYA
Tarix: 17-11-2023, 16:45