Qırğızıstanda fonoqram oxumaq qadağan edildi
Qırğızıstanda dövlət və ictimai tədbirlərdə fonoqram oxumağa qadağa qoyulub.
Bu barədə əmri Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov imzalayıb.
Qərara əsasən, ifaçılara teatrlarda, kinoteatrlarda, muzeylərdə, klublarda, kitabxanalarda və idman obyektlərində fonoqram oxumaq qadağandır.
Nazirlər Kabinetindən verilən məlumata görə, imzalanmış sərəncamın pozulması halında tədbirin keçirilməsinə məsul olan yerli rəhbərlər məsuliyyətə cəlb olunacaqlar.
2021-ci ilin fevralında Qırğızıstanın Mədəniyyət Nazirliyi daha bir qərar qəbul etmişdi. Qərara əsasən, təşkilatçılar konsert afişalarında fonoqramın və ya canlı səsin olmasını göstərməlidirlər.
Qırğızıstanda bir neçə ildir ki, fonoqram oxumağın qadağan edilməsi məsələsi müzakirə olunur. Bəziləri fonoqrama tamamilə qadağa qoyulmasını müdafiə edir, bəziləri isə yüksək keyfiyyətli səsə üstünlük verir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-01-2023, 13:07