Diqqət! Bu gündən qadağa tətbiq olunur
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
REPORTYOR.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa ediləcək.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-09-2020, 09:31