mobil versiya

Bu gündən sentyabrın 7-dək daha bir qadağa qüvvəyə mindi




Bu gündən sentyabrın 7-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də sentyabrın 15-dək dayandırılıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 5-09-2020, 09:34