Koronavirusa görə bığ və saqqalı qırxmaq lazımdırmı? - Mütəxəssis cavab verir
“Sputnik”in məlumatına görə, rusiyalı trixoloq həkim Olqa Koxas bununla bağlı suallara cavab verib.
“Koronavirus o qədər kiçikdir ki, dəridən nüfuz edə bilir. Bu səbəbdən insanın örtülü geyinməsi məsləhətdir. Saqqal və bığ isə uzun tüküdür. Tüklərin müdafiə funksiyası var. Mən iddia edərdim ki, bığ və saqqal müdafiədir”, - deyə O.Koxas bildirib.
Bununla belə , o gigiyena qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
“Bığ və saqqala müəyyən qulluq lazımdır. Saqqal yuyulmalıdır, özü də təkcə təmiz su ilə yox, şampunla. Üzdə tükün altında səpkilər varsa, saqqalın altından dərini təmizləyən antiseptikdən istifadə etmək lazımdır. Ümumiyyətlə, qulluq bütün mövsümlərdə, virusun olub-olmamasından asılı olmayaraq həyata keçirilməlidir”, - deyə o bildirib.
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 2-03-2020, 11:34