Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq
Pakistanın şərqindəki Pəncab əyalətində havanın temperaturunun artması ilə əlaqədar yerli hakimiyyət orqanları bütün dövlət və özəl məktəblərin mayın 25-dən 31-dək bağlı qalacağını bildiriblər.
“Pakistan Observer” saytına istinadla xəbər verir ki, Pakistan Meteorologiya Departamenti yüksək atmosfer təzyiqi səbəbindən mayın 21-dən etibarən ölkənin əksər bölgələrində, xüsusən də Pəncab və Sind əyalətlərində havanın çox isti olacağını proqnozlaşdırıb. Mayın 23-27-də temperaturun daha da yüksələcəyi gözlənilir.
Meteorologiya Departamenti insanlara birbaşa günəş şüasına məruz qalmamağı tövsiyə edib. Həmçinin həddindən artıq quru və isti hava şəraitinin Pəncabın bəzi ərazilərində və ölkənin digər hissələrində meşə yanğınlarına səbəb ola biləcəyi qeyd olunub.(azərtac)
KARUSEL / DÜNYA
Tarix: 21-05-2024, 14:21