"Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə" adlı multimedia sərgisinin təqdimatı keçirilib

Latviya Seyminin sədri Dayqa Mierinanın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunan sərgidə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, millət vəkilləri və media nümayəndələri iştirak edib.


Latviya Seyminin sədri rəsmi olaraq bu il Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olmasını xatırladıb: “Amma keçmişə nəzər saldıqda deyə bilərik ki, bizim mədəni əlaqələrimiz çox-çox uzaqlara gedib çıxır. Bu sərginin açılışı bizim mədəni əməkdaşlığımızın daha bir sübutudur”.

Tətbiqi sənət ustası – il 150 illik yubileyi qeyd edilən Yuliys Straume 1907-1923-cü illərdə Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib. Qafqazın dağ kəndlərində elmi ekspedisiyalar zamanı o, tekstil məmulatlarının çəkilməsi, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlanmasına diqqət yetirib. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Ştraumun yaratdığı 500-dən çox əşya var, o, bu muzeyin yaradıcısı və ilk gürcü dizayneri hesab olunur. O, 1908-1911-ci illərdə Şuşa (Azərbaycan) REAL məktəbində rəsm dərsi verib.
Latviyaya qayıtdıqdan sonra Ştraume Latviya peşəkar tekstil sənətinin banilərindən biri oldu. Onun rəsmlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanıb. Fars xalçaçılıq texnikasını Latviyada tanıtmağa çalışıb.
Sərginin aparıcı təşkilatçısı Latviya səfirliyidir. Sərgi Latviya Milli İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Gülbenə Rayon Tarix və İncəsənət Muzeyi, “Druviena Old School” Muzeyi, Latviya Dövlət Arxivi, "Radošä apvienība "Piektā Māja" Yaradıcılıq Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun professoru Kübra Əliyeva, tədqiqatçı və məruzəçi Fuad Axundov ilə birgə tərəfdaşlıqla həyata keçirilir.
Multimedia sərgisinin dizaynı və bədii koordinasiyası Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayaya aiddir.
Sərgi 21 iyun 2024-cü il tarixinə kimi açıq olacaq.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-05-2024, 17:43