mobil versiya

Bakı-Sumqayıt qatarı qadını vurdu



Bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramova reportyor.az-a məlumat verib.

Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib.

Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb.

Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 2-10-2019, 11:03