mobil versiya

Ukrayna Rusiyanın yeni hərbi itkilərini AÇIQLADI




Ukrayna Rusiyanın müharibədə hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində bildirilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 20 900-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Bundan başqa, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 815 tankı, 2087 zirehli döyüş maşını, 391 artilleriya sistemi, 136 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 171 hərbi təyyarəsi, 150 helikopteri, 1504 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 165 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.

Qeyd edək ki, bu gün Ukrayna-Rusiya müharibəsinin 57-ci günüdür.
KARUSEL / DÜNYA
Tarix: 20-04-2022, 12:30