mobil versiya

Rusiya Müdafiə Nazirliyinin müəssisəsində güclü yanğın - Ölənlər var - VİDEO



Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyinin Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində güclü yanğın baş verib.

REPORTYOR.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Tver vilayəti üzrə Baş İdarə məlumat yayıb.

Bildirilir ki, yanğın nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məlumata görə, 1000 kv. metr ərazi yanıb.

Rusiya Müdafiə Nazirliyinin müəssisəsinin elmi əməkdaşları təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.


KARUSEL / DÜNYA
Tarix: 21-04-2022, 16:00