mobil versiya

Törədilmiş 70 cinayətin üstü AÇILDI



Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü "isti izlər"lə açılıb.

DİN-dən REPORTYOR.AZ verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.


KARUSEL / ÖLKƏ
Tarix: 7-05-2022, 10:11