mobil versiya

SON DƏQİQƏ! DİN təcili məlumat yaydı: 57 nəfər saxlanıldı




Daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-02-2021, 13:08