mobil versiya

Qətər şahzadəsi evində ölü tapıldı - FOTO




Amerikalı Qətər şahzadəsi 45 yaşlı Kasia Qalliano İspaniyada vəfat edib.

BAKU.WS xəbər verir  ki, bu barədə "Baza" teleqram kanalı məlumat paylaşıb.

Onun meyiti polis tərəfindən İspaniyanın Marbella şəhərindəki evində tapılıb.

Kasia Qətərin neft naziri və kral ailəsinin üzvü Əbdüləziz bin Xəlifə əl Taninin üçüncü arvadı olub. Onlar 2006-cı ildə boşanıblar.
Qalliano üç qızının qəyyumluğu üçün illər boyu mübarizə aparıb. O, keçmiş ərini qızlarından birinə cinsi istismarda ittiham etsə də, məhkəmədə uduzub. Uşaqlar Parisdə atalarının yanında qalıblar.

Halbuki ay yarım əvvəl qızlardan biri Fransada Əbdüləziz əl Taniyə qarşı şikayət ərizəsi yazıb və onu təcavüzdə ittiham edib. Paris prokurorluğu tərəfindən “ağırlaşdırılmış cinsi təcavüz” ittihamı ilə ilkin istintaq başladılıb.

Şikayət ərizəsi verərkən qızı anası Kasia Qalliano müşayiət edib.

Fransanın "Le Parisien" qəzeti şahzadənin ölümünə ilkin səbəb kimi narkotikin həddindən artıq istifadəsini göstərib.




KARUSEL / DÜNYA
Tarix: 1-06-2022, 11:00