mobil versiya

"Ərdoğan Turan Ordusu yaratmağa başlayıb"


“Nezavisimaya qazeta”: “Ankara türkdilli ölkələrdə mümkün böhranlara operativ reaksiya verə bilən struktur yaradır”; Turan Ordusu barədə ekspertlərdən pozitiv proqnozlar 

Ötən həftə İsparta şəhərində Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin Təlim Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimləri Rusiya mediasında ciddi müzakirə  mövzusuna çevrilib.  Rusiyanın “Nezavisimaya qazeta” saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına istinad edərək yazır ki, Ankara türkdilli ölkələrdə mümkün böhranlara operativ reaksiya verə bilən struktur yaradır. Bildirilir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı TDT-də  müşahidəçi statusu almış  Şimali Kipr Türk Respublikasının hərbçiləri də təlimlərdə iştirak ediblər. Bu, təşkilatın dövlət başçılarının Səmərqənddə keçirilən sammitindən sonra  ilk təlimdir. “Nezavisimaya qazeta” ardınca yazır ki, Türkiyədə TDT dövlətlərindəki böhranlara operativ reaksiya verə bilən hərbi strukturun - Birgə Türk Qüvvələrinin yaradılması ilə bağlı müzakirələr başlayıb.
Türkiyənin təqaüddə olan generalı və Türkiyənin Azərbaycandakı keçmiş attaşesi Yücel Karauz “Türkiyənin səsi” radiosuna müsahibəsində TDK  çərçivəsində “birgə silahlı qüvvələr” yaradılmasını təklif edib. Karauz hesab edir ki, Qazaxıstanda baş verən yanvar hadisələri “başqa qardaş respublikalarda da baş verə bilər”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) vitse-prezidenti Nazim Kafersoy da analoji təşəbbüslə çıxış edib. O qeyd edib ki, TDT “böhran zamanı tez reaksiya verə bilən siyasi və ya təhlükəsizlik strukturu” yaratmağı tezləşdirməlidir. 
Etno-Siyasi Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin sözlərinə görə, Böyük Turan Ordusunun yaradılmasının konturları üzə çıxıb. “Birgə təlimlər digər orduların, zabitlərin texnologiyaları ilə tanışlıqdır və bu, yalnız bir şeyi deyir: Türkiyə gələcəyini bu ordularla əməkdaşlıqda görür”, - Kobrinski “Nezavisimaya qazeta”ya deyib. Onun fikrincə, NATO-nun “sürünən ekspansiyası” var. “Silah tədarükü nədir? Bu, ordunun müəyyən bir standarta keçməsidir. Bu, NATO standartlarının təkcə Mərkəzi Asiya ölkələrinə deyil, KTMT ölkələrinə daxil olmasıdır. NATO müharibə ilə bağlı deyil, 90% iqtisadiyyatla bağlıdır. Beləliklə, Rusiyanın müttəfiqləri addım-addım NATO standartlarına keçirlər”, - ekspert daha sonra bildirib. Həmçinin iddia edib ki, bu ideyanın arxasında Türkiyə dayanmır, Ərdoğan, sadəcə, “Qərbin regionda əsas adamıdır”. “Ərdoğana Mərkəzi Asiyanı idarə etmək mandatı verilib. Ərdoğan gedəcək, amma strategiya qalacaq”, - Kobrinski vurğulayıb.
KARUSEL / SİYASƏT
Tarix: 23-11-2022, 11:53



Şərh bildir
yenilə, əgər kod görünmürsə