mobil versiya

Ukraynada “Turan” türk taboru yaradılıb


Noyabrın 20-də Ukraynada "Turan" adlı türk taboru yaradılıb. "Report" bildirir ki, yeni qurulmuş taborun videomüraciəti BASE teleqram kanalında dərc olunub.
Videogörüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub.
Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin "xüsusi əməliyyat" adı altında "türkdilli xalqlara qarşı soyqırımı törətdiyini" vurğulayıb:
"İslamın arxasında gizlənərək Ramzan Kadırov cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!".
Bildirilib ki, Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır.
Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralardadırlar.

DÜNYA / HADİSƏ
Tarix: 21-11-2022, 18:14



Şərh bildir
yenilə, əgər kod görünmürsə