Putinin ən yaxın adamlarından biri Ukraynada həbs edildi - FOTO
Vladimir Putinin qızının "xaç atası" və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib.
REPORTYOR.AZ UNİAN-a istinadən xəbər verir ki o, Ukraynanın "Həyat uğrunda Müxalifət Platformu" partiyası siyasi şurasının sədridir.
Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında paylaşıb.
V.Zelenski qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti(UTX) həyata keçirilib.
"Əla! Təfərrüatlar barədə bir qədər sonra. Slava Ukraine, Qeroyam Slava!"(Yaşasın Ukrayna. Qəhramanlara eşq olsun!) - V.Zelenski yazıb.
Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.
Turan Oğuz,
Reportyor.az
MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL
Tarix: 12-04-2022, 23:19