mobil versiya

TÜRKİYƏDƏKİ DƏHŞƏTLİ ZƏLZƏLƏDƏ HƏLAK OLANLARIN SAYI 35 MİNİ KEÇDİ



Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 35 418-ə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, yaralı olaraq dağıntıların altından 105 505 nəfər xilas edilib. Onlardan 92 000-ə yaxını müalicə olunaraq, evə buraxılıb.
Zəlzələ nəticəsində dağılan binaların sayı isə 19 000-ə bərabər olub.
Xilasetmə işlərinə 248 000 nəfər, 12 235 müxtəlif texnika cəlb olunub.

KARUSEL / DÜNYA
Tarix: 14-02-2023, 21:17