mobil versiya

Çavuşoğlu hindistanlı həmkarıyla görüşüb



Türkiyənin xarici işlər naziri G-20 toplantısı çərçivəsində hindistanlı həmkarı ilə görüşüb
"Anadolu" Agentliyi xəbər verir ki, Mövlud Çavuşoğlu Hindistan hökumətinin zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyaya kömək məqsədilə başlatdığı axtarış-xilasetmə əməliyyatına görə Subramaniam Cayşankara təşəkkür edib.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə nazirlər qlobal gündəmdə olan əsas məsələlər, başda humanitar yardım və təbii fəlakətlərin aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyi, terrorla mübarizə, çoxtərəfliliyin gücləndirilməsi və inkişaf əməkdaşlığına dair fikir mübadiləsi aparacaq.

Görüşlər çərçivəsində nazir Çavuşoğlunun müxtəlif ölkələrdən olan həmkarları ilə də ikitərəfli danışıqlar aparacağı gözlənilir.
G20 Xarici İşlər Nazirləri Toplantısının (FMM) Hindistanın sədrliyi ilə 1-2 mart 2023-cü il tarixlərində Yeni Dehlidə keçirilməsi planlaşdırılır.

Baş nazir Narendra Modinin G20-yə üzv ölkələrin xarici işlər nazirləri qarşısında çıxış edəcəyi və Hindistanın qlobal miqyasda artan təsirindən danışacağı gözlənilir.

G20 xarici işlər nazirlərinin martın 1-2-də keçiriləcək iclası blokun maliyyə rəhbərlərinin Benqalurda keçiriləcək görüşündən bir neçə gün sonra keçiriləcək.

Yeni Dehli görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Antoni Blinken, Çinin xarici işlər naziri Qin Qanq, Avstraliyanın xarici işlər naziri Penni Vonq və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iştirak edəcək. Ümumilikdə Hindistanın dəvət etdiyi G20 üzvü olmayan 40 ölkənin və çoxtərəfli təşkilatların nümayəndələri iştirak edəcək.


KARUSEL / DÜNYA
Tarix: 1-03-2023, 11:24