mobil versiya

Azərbaycanda maliyyə hesabatı verən partiyaların sayı açıqlanıb


Azərbaycanda 2022-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı açıqlanıb.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, indiyə qədər 37 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.
Qeyd edək ki, Azərbaycanda 59 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməli idilər.
22 siyasi partiya hələ də hesabatı təqdim etməyib.
KARUSEL / SİYASƏT
Tarix: 5-04-2023, 15:44